Region
Paşinyan hökumətinə qarşı ağır ittiham: Bu yolla siyasi rəqiblərilə hesablaşır
Ermənistan müxalifətinin 2 mindən çox nümayəndəsinin həbsdə olduğu iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə teleaparıcı Armen Qasparyan bildirib.
O, sabiq prezident Robert Köçəryanın həbsindən sonra Ermənistanda baş verənləri 1937-ci il repressiyaları ilə müqayisə edib və müxalifətin təqibinə görə siyasi məsuliyyəti baş nazir Nikol Paşinyanın hökumətinin üzərinə qoyub.
Qeyd edək ki, avqustun 25-də Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hər iki şəxs barəsində həbs tədbirinin tətbiq edildiyini təsdiqləyib. Cinayət işi üzrə ümumilikdə 9 nəfər təqsirləndirilir.
İstintaq Köçəryanı dövlət əmlakının qanunsuz çıxarılması və külli miqdarda rüşvət almaqda şübhəli bilir. Hüquq-mühafizə orqanlarının versiyasına görə, dövlət obyektləri aşağı qiymətlərlə əldə edilərək sonradan Köçəryanın ailə üzvlərinin və onunla əlaqəli şirkətlərin adına rəsmiləşdirilib.
İş materiallarında İrəvanda bir sıra torpaq sahələri və daşınmaz əmlak obyektləri də yer alır. Onlardan biri ümumi dəyəri 2,63 milyard dram olan 56 obyektlə bağlıdır.
Köçəryanın müdafiəsi ittihamları rədd edir. Vəkil Aram Orbelyanın sözlərinə görə, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qərarları hökumət qəbul edib və Köçəryanın prezident kimi fəaliyyəti həmin dövrdə qüvvədə olan Konstitusiyaya uyğun olub.
Köçəryanın tərəfdarları isə istintaqı hakimiyyətin siyasi rəqiblərlə hesablaşmaq cəhdi kimi qiymətləndirirlər.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)



.jpg)














.jpg)







