Region
Rusiya Köçəryan məsələsinə görə Ermənistana zəng etmədi - Paşinyanın rəqibinə nə olacaq?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiyadan Robert Köçəryanla bağlı heç bir zəng almadıqlarını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə “Dojd” telekanalına açıqlamasında deyib.
Qriqoryan qeyd edib ki, Rusiyanın bu məsələ ilə bağlı İrəvana zəng etməsinə ehtiyac yoxdur və belə bir zəngin olacağını da gözləmir.
Onun sözlərinə görə, Robert Köçəryan və onun rəhbərlik etdiyi siyasi qüvvənin ritorikası əsasən Moskvadan səslənən mövqelərlə üst-üstə düşür.
Ermənistan rəsmisi Köçəryan və ailəsinə qarşı aparılan axtarış və həbslərin parlamentdə baş verən son mübahisə ilə əlaqələndirilməsini də gülünc adlandırıb. O, bunun siyasi təqib olması fikri ilə razılaşmayıb: “Köçəryan və ailəsi ilə bağlı həbslərə səbəb olan işlər çoxdan başlanıb”.
Qeyd edək ki, avqustun 24-də Ermənistan parlamentində Robert Köçəryanın oğlu, “Ermənistan” blokunun deputatı Levon Köçəryanla baş nazir Nikol Paşinyan arasında mübahisə yaşanıb. Paşinyan parlament tribunasından deputatın bütün əmlakını əlindən alacağını və onun bu əmlakı övladlarına, nəvələrinə miras qoya bilməyəcəyini bəyan edib.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























