Region
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bütün ermənilərin katolikosu II Qareginlə bağlı sərt açıqlama verib.
Publika.az xəbər verir ki, Rubinyan parlament iclasında II Qaregini “mənim katolikosum deyil” deyərək istefaya çağırıb. O bildirib ki, növbəti katolikos hakimiyyətin və ya “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi olmamalıdır.
“O, mənim katolikosum deyil. O, bütün ermənilərin katolikosu deyil”, - deyə Rubinyan bildirib.
Parlament spikeri növbəti katolikosun hamı tərəfindən qəbul edilən şəxs olmasını istəyib. O, həmçinin kilsədə subaylıq qaydalarının dəyişdirilməsini təklif edib:
“Qoy qaydaları dəyişsinlər və subaylıq andından imtinanı rəsmiləşdirsinlər. Qoy onların uşaqları olsun”.
Rubinyanın bu sözləri Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı gərginliyin fonunda səslənib.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























