Region
Paşinyan Rusiyanı “strateji tərəfdaş” statusundan çıxardı - Moskvaya SƏRT MESAJ
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin inkişaf proqramında Rusiyanı strateji tərəfdaş kimi qeyd etməkdən imtina edib.
Publika.az "Armenpress"ə istinadən xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb.
O, qərarını 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar zamanı Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyi ilə izah edib.
“2022-ci ilin sentyabr hadisələrindən sonra strateji tərəfdaşlıqdan danışmaq... Əgər mən bunu hökumət proqramına yazsaydım, siz soruşardınız ki, bəs 2022-ci ildə Rusiya və KTMT niyə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədi? Mən nə cavab verərdim?”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası daha əvvəl ölkənin növbəti beşillik inkişaf proqramında Rusiya ilə münasibətlərin “transformasiyası və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi” barədə müddəa daxil etmişdi. Fransa, ABŞ və Avropa İttifaqı ilə bağlı isə sənəddə “əməkdaşlığın möhkəmləndirilməsi” və “dərinləşdirilməsi” ifadələrindən istifadə olunmuşdu.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























