Region
Türkiyə tankerinə PUA HÜCUMU - Körpü tamamilə sıradan çıxdı
Qara dənizdə “Statü Denizcilik” şirkətinə məxsus “STAR II” tankerinə pilotsuz aparatla hücum olunub.
Publika.az xəbər verir ki, bu barədə “The Maritime Voice” portalı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Gəminin körpüsü ciddi şəkildə zədələnib və tamamilə sıradan çıxıb.”, - məlumatda qeyd olunub.
Portalın məlumatına görə, tanker avqustun 25-i axşam saatlarında hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Deniz haber” portalı dəqiqləşdirib ki, 152 metrlik gəmi Tuapse limanından çıxaraq Türkiyə istiqamətinə yönəldikdən sonra PUA zərbəsinə məruz qalıb.
Analoji insident barədə avqustun 27-də məlum olub. “Haber Trabzon” portalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Kamerun bayrağı altında üzən Türkiyənin “Lider Bordo Mavi” yük bərəsinə hücum edib. Gəmi avqustun 26-da gecə saatlarında Rusiyanın Tuapse limanı yaxınlığında zərbələrə məruz qalıb. Ehtimala görə, bərəyə üç Ukrayna PUA-sı hücum edib, bundan sonra göyərtədə yanğın başlayıb. İlkin məlumata görə, heyətin beş üzvü xəsarət alıb.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























