Region
Köçəryan həbsdə: Lavrov Paşinyanı hədəfə aldı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi və İrəvanın siyasi kursu ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Lavrov Rusiya XİN-in mövqeyinin Ermənistan xalqının maraqlarından çıxış etmək olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyi Moskva ilə ənənəvi əlaqələri deyil, başqa məqsədləri rəhbər tutur.
Lavrov xüsusilə Nikol Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya kursunu tənqid edib. O qeyd edib ki, Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib, eyni zamanda Paşinyan Aİ-yə üzvlük məsələsində referendumun daha sonra keçiriləcəyini deyir.
Rusiya XİN rəhbəri bunu Ermənistan hakimiyyətinin öz xalqına etimadının az olması kimi qiymətləndirib:
“Düşünürəm ki, bu, Ermənistan seçicilərinə və erməni xalqına o qədər də böyük etimaddan xəbər vermir. Dürüst seçim göstərmək lazımdır - nəyi seçirsən?”
Lavrov Ermənistanın Avrasiya İqtisadi İttifaqından əldə etdiyi iqtisadi dividendlərə də diqqət çəkib. Onun sözlərinə görə, son üç ildə Ermənistanın Rusiya və Aİİ ölkələri ilə ticarət dövriyyəsi 6 milyard dolları ötüb, ayrı-ayrı illərdə isə 12 milyard dollara çatıb.
Lavrovun sözləri Köçəryanın həbsi fonunda Ermənistan-Rusiya münasibətlərində siyasi gərginliyin davam etdiyini göstərir.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























