Region
Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın dəmir yollarının konsessiyasının üçüncü ölkəyə satılması ilə bağlı təklifinə təəccübləndiyini bildirib.
Publika.az xəbər verir ki, Lavrov bu barədə RBK-ya müsahibəsində danışıb.
O qeyd edib ki, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində mütəmadi əlaqə saxlayır və İrəvanı narahat edən istənilən məsələ, o cümlədən Cənubi Qafqaz Dəmir Yollarının taleyi müzakirə oluna bilər.
“Əgər belə məsələlər yaranıbsa, tərəfdaşına bu barədə necə düşündüyünü danış. Bunun əvəzinə açıq şəkildə bəyan edilir ki, biz onlara 2 milyard dollar borcluyuq”, - Lavrov deyib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Ermənistanın bu yanaşması iqtisadi qiymətləndirmələrlə yanaşı, Rusiya vətəndaşlarında emosional reaksiya da doğurur.
“Başa düşürəm ki, bu, iqtisadi təhlilə əsaslanan qiymətləndirmələrdən əlavə, vətəndaşlarımızda emosional reaksiya da yaradır. Mən də istisna deyiləm”, - Lavrov vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan avqustun 24-də Rusiyanın Ermənistan dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara sata biləcəyini bildirib. Daha sonra o, İrəvanın bu konsessiyanın üçüncü ölkəyə verilməsi məsələsini Moskva qarşısında qaldırdığını açıqlayıb.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)

























