Region
Türkiyə Nuhun gəmisinin izinə düşdü - Ərazidə anomaliyalar aşkar edildi
Ağrı dağının zirvəsi yaxınlığında Nuhun gəmisinin axtarışı zamanı anomaliyalar aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Tədqiqatçılar Türkiyədə bəzi şəxslərin Nuhun gəmisinin yerləşdiyi ərazi hesab etdiyi Durupınar qaya formasiyası ərazisində yeraltı boşluqlar və digər anomaliyalar aşkar ediblər. Radiolokasiya skanının nəticələrinin iki ay ərzində əldə ediləcəyi gözlənilir.
Layihənin rəhbəri, professor Cenker Atılın sözlərinə görə, mütəxəssislər ərazinin üçölçülü modellərini hazırlayıb və yeraltı skan aparıblar. Formasiyanın daxilində xarici hissə ilə müqayisədə 40 faiz daha çox karbon aşkar edilib ki, bu da üzvi maddənin və ya ağac materialının mövcudluğuna işarə edə bilər.
Formasiyanın uzunluğu təxminən 164 metrdir ki, bu da Əhdi-Ətiqdə gəminin ölçüsü kimi təsvir edilən təxminən 300 qədim qulac ölçüsünə uyğundur. Tədqiqatçılar təxminən min torpaq nümunəsi götürməyi, daha sonra əldə olunan məlumatları qiymətləndirməyi planlaşdırırlar.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























