Region
İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
İranın Almaniyadakı səfiri Məcid Nili Avropanın “güclü İran reallığını” qəbul etməli olduğunu bildirib və Tehranın qarşılıqlı hörmət əsasında dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, o, bu barədə IRNA agentliyinə müsahibəsində danışıb.
Diplomatın sözlərinə görə, siyasi təzyiqlərə və mövcud vəziyyətə baxmayaraq, İran digər ölkələrlə dialoq və əməkdaşlığa can atmaqda davam edəcək.
“Mövcud siyasi mühitə və təzyiqlərə baxmayaraq, qarşılıqlı hörmət əsasında dialoq və əməkdaşlıq yolu açıq qalmaqdadır”, - deyə Nili bildirib.
O qeyd edib ki, İranın ABŞ və İsrailin hərbi zərbələrinə müqaviməti ölkənin müdafiə imkanlarını, sabitliyini və öz mövqelərini qorumaq qabiliyyətini nümayiş etdirib.
Nili, həmçinin İrana qarşı müharibə ilə bağlı Avropa ölkələrinin reaksiyasını tənqid edib. Onun fikrincə, Tehranın regional rolu, ölkənin müdafiə potensialı və sabitliyi siyasətçilərin və ekspertlərin diqqətini artırıb.
“Bizim tənqidçilərimiz artıq anladılar ki, İranı regionun siyasi və güc hesablamalarından kənarda saxlamaq mümkün deyil”, - deyə səfir bəyan edib.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























