Region
ABŞ toy mərasiminə zərbə endirdi: ölənlər və yaralananlar var - YENİLƏNDİ
İranın cənubundakı Hörmüzqan əyalətində toy mərasiminin də məruz qaldığı ABŞ hücumu nəticəsində xəsarət alanların sayı 68 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə əyalət qubernatorunun müavini Əhməd Nəfisi məlumat verib.
İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Zəhra Bəhruzazar baş verənləri cinayət adlandırıb.
Daha əvvəl yeni evlənənlərlə yanaşı, Kuhestak şəhərindəki yaşayış evinin də ABŞ-ın zərbəsinə məruz qaldığı bildirilirdi.
xxx
00:45
İranın Sirik şəhərində toy mərasiminin ən azı iki iştirakçısı ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayəti qubernatorunun müavini Əhməd Nəfisi məlumat verib.
“Sirikin hücuma məruz qalması zamanı təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binasına zərbə endirilib. Hadisə nəticəsində iki nəfər həlak olub, mərasimdə iştirak edən çox sayda şəxs isə yaralanıb”, - deyə o, İran dövlət televiziyasının efirində bildirib.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























