Region
Mərmərə dənizində iki gəmi toqquşdu - 10 nəfər itkin düşdü
Mərmərə dənizinin Silivri sahillərində gecə saatlarında Türkiyə bayrağı altında üzən iki ticarət gəmisinin toqquşması səbəbindən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyindən məlumat verilib.
Bildirilib ki, qəza sentyabrın 2-si saat 03:00 radələrində Silivri sahillərindən 18 mil cənubda baş verib.
Qocaelidən Əliağaya gedən Türkiyə bayraqlı “ALSU” ticarət gəmisi ilə İsgəndərun limanından Qara dəniz Ereğlisinə tərəf hərəkət edən Türkiyə bayraqlı “TUĞBERK İMAMOĞLU” ticarət gəmisi hələlik müəyyən edilməyən səbəbdən toqquşub.
Qəzadan sonra əraziyə Sahil Təhlükəsizliyi və Sahil Mühafizəsi Mərmərə və Boğazlar Komandirliyinə aid çoxlu sayda dəniz vasitəsi və sahil mühafizəsi helikopteri cəlb olunub.
“Əraziyə cəlb olunan qüvvələrin apardığı ilkin müəyyənləşdirmələrə görə, “ALSU” gəmisində gözlə görünən bir zədənin olmadığı müşahidə edilib. Lakin “TUĞBERK İMAMOĞLU” ticarət gəmisi və gəmidə olan 10 nəfərlik heyətlə hazırkı vaxta kimi əlaqə yaratmaq mümkün deyil, ərazidəki qüvvələrin axtarış-xilasetmə tədbirləri davam edir”, - İstanbul Valiliyinin bəyanatında deyilir.
İtkin düşmüş gəminin və 10 nəfərlik heyətin tapılması üçün dənizdən və havadan axtarış-xilasetmə işləri davam etdirilir.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























