Region
İstanbulda 28 mərtəbəli binada yanğın - 42 nəfər tüstüdən zəhərləndi
Sentyabrın 2-də İstanbulun Esenyurt rayonunda yaşayış kompleksinin avtomobil dayanacağında başlayan yanğın 28 mərtəbəli binaya yayılıb. Hadisə zamanı 42 nəfər tüstüdən zəhərlənib.
Publika.az xəbər verir ki, yanğın Yeşilkent məhəlləsində baş verib. Məlumata görə, yaşayış kompleksinin otoparkında dayanan avtomobillərdən biri naməlum səbəbdən alovlanıb. Qısa müddətdə böyüyən yanğın binaya keçib. Bina sakinləri öz imkanları hesabına ərazidən çıxıblar.
Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, polis, səhiyyə və AFAD qrupları göndərilib. Yanğın nəzarətə götürülərək söndürülüb, polis əməkdaşları isə ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Tüstüdən təsirlənən 42 nəfərdən bəzilərinə hadisə yerində tibbi yardım göstərilib. Digərləri isə ilkin müdaxilədən sonra təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.
Daha sonra binanın sakinlərinin evlərinə qayıtmasına icazə verilib.
Yanğının hansı səbəbdən baş verdiyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























