Region
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırdı
Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Avropa İttifaqı (Aİ) büdcəsinə dair verdiyi rəydə yunan Kipri tərəfindən Türk Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının da tövsiyə edildiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Türk Silahlı Qüvvələri 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin türk sakinlərinin məhv edilməsinin qarşısını alıb və adaya yarım əsrdən artıqdır davam edən sülhü gətirib", - XİN-in bəyanatında qeyd olunub.
Bildirilib ki, yunan tərəfindən irəli sürülən iddialar tarixi həqiqətləri təhrif edir və siyasiləşdirir:
"Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən uzaqlaşaraq yunan tərəfinin təbliğatına alət olması icmalararası etimadı daha da zədələyir.
Aİ rəsmilərinə atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin vasitəsinə çevrilməmələri ilə bağlı çağırış edirik".
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























