Region
Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı açıqlaması siyasi bazarlığın tərkib hissəsidir.
Publika.az RTVI-yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
O, Paşinyanın mövqeyini İrəvanın Moskva ilə münasibətlərdə maliyyə və ya digər güzəştlər əldə etmək cəhdi kimi qiymətləndirib.
Rusiyalı deputatın sözlərinə görə, Ermənistanın hazırkı siyasəti iki stulda oturmaq cəhdidir.
Kolesnik xəbərdarlıq edib ki, Moskva ilə münasibətləri kəsmək kursu Ermənistan üçün ciddi itkilərə səbəb olacaq:
“İndi Ermənistan rusiyalılar üçün viza tətbiq etməyə hazırlaşır. Ümumiyyətlə, belə siyasət Ermənistan üçün böyük itkilərə çevriləcək. Ölkələr arasında ticarət dövriyyəsi artıq azalır”.
Onun fikrincə, erməni diasporu və sıravi vətəndaşlar Rusiya ilə əlaqələrin kəsilməsini dəstəkləmir, çünki normal işləmək, ticarət etmək və gəlir əldə etməkdə maraqlıdırlar.
Müəllif: Adəm
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO













.jpg)













_(1).jpg)









