Region
Kılıçdaroğlunun müavini qadını döydü, həbs edildi - FOTO/VİDEO
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müavini Berhan Şimşəyin birlikdə yaşadığı Özlem Şanverə şiddət tətbiq etdiyi anlar kameralara anbaan əks olunub.
Publika.az xəbər verir ki, görüntülərdə Şimşəyin evin həyətində Şanverin ayağına təpik vurduğu, qadının isə ağrı içində “Məni burax” deyə qışqırdığı görünür. Daha sonra Şimşəyin Şanveri zorla evə salmağa çalışdığı, onun isə müqavimət göstərdiyi əks olunub.
Şanver daha əvvəl məhkəməyə müraciət edib. O, Şimşək tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirərək, döyülmə, təhqir, təhdid və evdən çıxmasına mane olunması ilə bağlı şikayət edib. Şanverin döyüldüyünü göstərən tibbi arayış da işə əlavə olunub.
Məhkəmə Şimşək barəsində Şanverə yaxınlaşmamaq və onunla əlaqə saxlamamaq barədə qərar qəbul edib. Daha sonra tədbirlərin müddəti uzadılıb.
Qeyd edək ki, "Cümhuriyyət Xalq Partiyası"nın (türk. Cumhuriyet Halk Partisi) sədri Kamal Kılıçdaroğludur.(Unikal.az)
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)









.jpg)
















