Region
Türkiyədə 2 mindən çox sosial media hesabına giriş məhdudlaşdırıldı
Türkiyədə rəqəmsal platformalarda terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji “müharibə” cəhdlərinin qarşısının alınması məqsədilə son iki ay ərzində 2 min 34 sosial media hesabına giriş məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X”də paylaşım edib.
Onun sözlərinə görə, tədbirlər Kommunikasiya İdarəsinin koordinasiyası ilə Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə Departamentinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Məlumata əsasən, məhdudlaşdırılan hesabların 699-nun əsasən “Fətullahçı” Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu, həmçinin milli təhlükəsizliyi və ictimai birliyi hədəfə alan terror və cinayət təşkilatları ilə bağlı fəaliyyət göstərdiyi müəyyənləşdirilib.
Digər 1 335 hesabın isə təxribat, dezinformasiya və psixoloji əməliyyatlar həyata keçirdiyi aşkarlanıb.
“Türkiyə rəqəmsal məkanı milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir və terror təşkilatlarının sosial media platformalarından təbliğat və dezinformasiya məqsədilə istifadəsinə imkan verməyəcək”, – deyə Burhanettin Duran vurğulayıb.
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır






















.png)










