Region
Rusiya bayrağı müharibədə Ermənistanı xilas edib? - Şarmazanov sirri açdı
Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının üzvü, keçmiş vitse-spiker Eduard Şarmazanov Rusiya ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, revanşist siyasətçi Rusiya ordusunun Ermənistandan çıxmasının ölkəsinə baha başa gələcəyini iddia edib.
“Paşinyan 2020-ci ilin payızında dedi ki, azərbaycanlılar yalnız Rusiyanın sayəsində Sünikin dərinliklərinə doğru irəliləyə bilmədilər.Son günlər isə Ermənistanda Rusiyanın hərbi varlığına qarşı ajiotaj başlayıb. Hakimiyyətin yalançı rəsmiləri 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edirlər. Onlar ortaya arqument qoyaraq belə sual verirlər: 44 günlük müharibə zamanı ruslar nə etdilər? Hamı rusların yol verdiyi səhvləri qeyd edir, lakin onların bizə etdiyi köməyi xatırlayan azdır... Nədənsə hakim partiya və Paşinyan Rusiyanın bizə hansı yardımı göstərdiyini demir. Onlar susub bu mövzuda danışmasa da, mən deyim.
Mən Paşinyanın 2020-ci il oktyabrın 19-da parlamentdənkənar siyasi qüvvələrlə görüşü zamanı dediyi sözləri xatırladacağam. Əslində bu mövzuda bir neçə dəfə danışmışam. İndi sizə bir daha xatırladıram. 2020-ci il oktyabrın 19-da cəbhə xəttindəki vəziyyət barədə danışan Paşinyan həmin gün bizə bildirdi ki, azərbaycanlıların Sünikin dərinliklərinə soxulmaması üçün Rusiya prezidentindən Mehridən tutmuş Teq və Sotka qədər Rusiya bayraqlarının sancılmasını xahiş edib. Onun sözlərinə görə, ruslar bunu elə həmin gün ediblər ediblər və nəticədə azərbaycanlıların Sünik istiqamətində hərbi ekspansiyası qeyri-mümkün olub.
İndi sual yaranır, sabah 102-ci hərbi baza Ermənistan Respublikasında mövcudluğunu dayandırsa, türklərin (Ermənistanda azərbaycanlılara türklər deyirlər-red.) Ermənistana soxulmaması üçün kimə müraciət edəcəksiniz? Kimə deyəcəksiniz ki, bayraq sancsın?", - Radikal siyasətçi Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən gileylənib.
Şarmazanov Rusiya hərbi bazasının Ermənistanda qalmasının qatı tərəfdarı olduğunu etiraf edib: "Qalmalıdır. Çünki bu, Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi maraqlarına uyğundur”.
Müəllif: Tural
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.webp)





.jpg)



.jpg)







.jpg)







.jpg)

