Region
Paşinyan: Son zamanlar Leninlə daha çox maraqlanıram
Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Lenin, Mao Çzedun, Napoleon və digər inqilab liderləri ilə daha çox maraqlandığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın "Addım at, Serji devir" adlı kitabının təqdimatında danışıb. Kitab 2018-ci ildə Ermənistanda baş vermiş "Məxməri inqilab" haqqındadır. Paşinyan "Məxməri inqilab"dan söz açan zaman səkkiz il əvvəlki hadisələri uğur hekayəsi adlandırıb.
Lakin o qeyd edib ki, belə bir ifadə müharibədə həlak olmuş erməni hərbçilərinə və ümumilikdə Qarabağ ermənilərinə qarşı münasibətdə sərt səslənə bilər. Baş nazirin sözlərinə görə, bunu qəbul etmək həm özü, həm də tərəfdarları üçün olduqca ağırdır.
Paşinyan həmçinin baş nazir olduğu günü dəfələrlə "lənətlədiyini" bildirib.
İnqilabın uğurundan danışan siyasətçi bunu ilk növbədə Ermənistan dövlətçiliyinin qorunması ilə əlaqələndirib.
Müəllif: Tural
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































