Region
Ərdoğanın qərarından sonra Türkiyədə nələr baş verə bilər? - Nazirlik təkzib yaydı
Türkiyə Maliyyə Nazirliyi İstanbul körpülərinin və avtomobil magistrallarının ehtimal edilən satışı barədə məlumatları təkzib edərək, dövlətin sözügedən obyektlər üzərində mülkiyyət hüququnu saxladığını bəyan edib.
Publika.az xəbər verir ki, nazirliyin rəsmi saytında məlumat verilib.
Hazırda hakimiyyət orqanları müvəqqəti konsessiya idarəçiliyi şərtləri ilə özəl operatorların cəlb edilməsi imkanlarını öyrənir. Nazirlikdən həmçinin vurğulanıb ki, hazırda tender prosedurlarına başlanılmayıb, prezidentin daha əvvəl imzaladığı fərman isə yalnız istismar hüququnun məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə hazırlıq mərhələsinə start verir.
Qurum Türkiyə avtomagistrallarının dövlətə hər il 600 milyon dollar xalis mənfəət gətirməsi barədə iddiaları da təkzib edib. Bu vəsaitin bir hissəsi - təxminən 300 milyon dolları yolların cari vəziyyətinin saxlanılmasına, təmir işlərinə, infrastrukturun modernləşdirilməsinə və xidməti heyətin əməkhaqqına xərclənir.
Bundan əlavə, Türkiyə hakimiyyəti mövcud ödənişsiz magistralların ödənişli kateqoriyaya keçirilməsi ilə bağlı heç bir planın olmadığını bildirib, eləcə də qüvvədə olan gediş haqlarının artırılması niyyətlərini təkzib edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Bosfor boğazı üzərindən keçən iki körpünün və on avtomobil magistralının 30 il müddətinə özəl idarəçiliyə verilməsinə imkan yaradan qərar imzalayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?


















.jpg)








.jpg)







.jpg)

