Region
İran ABŞ-ı yeni zərbələrlə hədələdi
ABŞ İslam Respublikasının gəmilərinə hücumları dayandırmayacağı təqdirdə İran Amerikanın hərbi gəmilərinə zərbələri gücləndirəcək.
Publika.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu xəbərdarlıqla “Xatəm əl-Ənbiyə” hərbi komandanlığının Mərkəzi Qərargahının nümayəndəsi Ebrahim Zülfiqari çıxış edib.
“Bəd əməllərin, sabitliyin pozulmasının və İran gəmilərinə maneələrin yaradılmasının, eləcə də İranın dəniz blokadasının davam edəcəyi təqdirdə, İran İslam Respublikası Silahlı Qüvvələrinin regionda ABŞ hərbi gəmilərinə qarşı zərbələri əvvəlki ilə müqayisədə daha ciddi olacaq”, - deyə Zülfiqari xəbərdarlıq edib.
O həmçinin vurğulayıb ki, Tehran “bu hücumların miqyasını genişləndirmək” imkanını nəzərdən keçirir.
Daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirmişdi ki, Tehran “ticarət gəmilərini atəşə tutmağı” dayandırana qədər ABŞ İranla danışıqları bərpa etməyəcək. O bildirib ki, Vaşinqton dünya bazarlarına neft və qaz tədarükünü təmin etmək üçün gəmilərə zərbələr endirilməsini çətinləşdirmək məqsədilə bir neçə gün əvvəl müvafiq tədbirlər görüb.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)








.jpg)


















