Region
Fidanla Əraqçi arasında KRİTİK MÜZAKİRƏ - Münaqişə gələn ilə kimi davam edə bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə ABŞ-la davam edən danışıqlar ətrafındakı son prosesləri müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə mənbəyə istinadla “RİA Novosti” məlumat yayıb.
“Telefon danışığı zamanı tərəflər davam edən danışıqlarla bağlı son hadisələri ətraflı qiymətləndiriblər”, - deyə məlumatda bildirilir.
Mənbə söhbətin digər təfərrüatlarını açıqlamayıb.
Sentyabrın 5-də ABŞ Silahlı Qüvvələri Fars körfəzindəki Xark adası yaxınlığında İranın neft tankerinə raket zərbəsi endirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu fonda Vaşinqtonda Yaxın Şərqdə hərbi iştirakın artırılması ilə bağlı uzunmüddətli planlar müzakirə olunur. Pentaqon rəhbəri Pit Heqset İranla münasibətlərdəki mövcud gərginliyin 2027-ci ilə qədər davam edə biləcəyini ehtimal edir ki, bu da Amerika müdafiə idarəsinin regiondakı strategiyasına düzəlişlər edilməsini tələb edir.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)








.jpg)


















