Region
İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi
“Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb”.
Publika.az "Press TV"yə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai bəyan edib.
Rezai vurğulayıb ki, İran hərbçiləri boğazdan keçməyə çalışan ABŞ-ın qaçaqmalçılıq yolu ilə daşınan neftlə yüklənmiş gəmilərini atəşə tutur, lakin regionun ekologiyasına zərər vurmaq istəmədikləri üçün onları batırmırlar.
Generalın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın boğazın açıq olması ilə bağlı bəyanatı “miqyaslı yalandır”.
Sentyabrın 5-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ ilə əlaqəli üç gəmiyə və icazə verilməyən marşrutlarla hərəkət edən üç neft tankerinə hücumlar edildiyini bildirib.
Avqustun sonunda ABŞ prezidenti İrana qarşı yeni iqtisadi təzyiq kampaniyası elan edib və onu “iqtisadi D günü” adlandırıb. Vaşinqton Tehranın maksimum dərəcədə təcrid olunmasına nail olmağı və onun ticarət və maliyyə əlaqələrini qoruyub saxlamağa kömək edən xarici strukturları cəzalandırmağı hədəfləyir.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)








.jpg)


















