Region
Tramp Hörmüz boğazını ABŞ-ın mülkiyyəti elan etdi
“Hörmüz boğazı ABŞ-a məxsusdur”.
Publika.az xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
Siyasətçi boğazın təsvir olunduğu və üzərində “Birləşmiş Ştatların yeni ərazisi” yazısı çap edilmiş foto yayımlayıb..
Bundan əvvəl Tramp Hörmüz boğazını öz şərəfinə, məhz “Tramp boğazı” olaraq yenidən adlandırmağı düşündüyünü bildirmişdi.
Həmçinin Amerika rəsmisi “Axios” portalına bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarəti itirib və indi o, ABŞ-ın hakimiyyəti altındadır.
Bir neçə Amerika rəsmisinin sözlərinə görə, Hörmüz boğazının böyük hissəsi minalardan təmizlənib, son həftələrdə isə “daha çox tanker boğazın cənub zolağından keçir”. “Axios” agentliyi vurğulayıb ki, bu, İranın dünya energetika bazarlarına təsirini “əhəmiyyətli dərəcədə azaldır”.
İranın xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi ABŞ hakimiyyətinin Hörmüz boğazının minalardan təmizlənməsi barədə sözlərini təbliğat yalanı adlandırıb.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir




































