Region
Avropaya "üz tutan" Ermənistanda “Rus evi" şəbəkəsi genişlənir: Daha ikisi açılacaq
Rusiya “Rus evləri” proqramını ilk dəfə MDB məkanında genişləndirir. Ermənistanın Artashat və Aştarak şəhərlərində iki yeni tərəfdaş “Rus evi” açılacaq.
Publika.az xəbər verir ki, sentyabrın 8-də Rusiyanın İctimai Palatasında “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka yeni 11 tərəfdaş “Rus evi”nin açılması ilə bağlı saziş imzalayıb.
Bununla şəbəkədəki mərkəzlərin sayı 25-dən 36-ya yüksələcək. Yeni mərkəzlər Ermənistanla yanaşı, Keniya, Konqo Demokratik Respublikası, Madaqaskar, Mali, San-Tome və Prinsipi, Seneqal, Syerra-Leone, Tailand və Toqoda fəaliyyət göstərəcək.
Çaykanın sözlərinə görə, yeni mərhələdə “Rus evləri”nin fəaliyyətinə nəzarət və keyfiyyət qiymətləndirilməsi gücləndiriləcək. Mərkəzlərin əsas istiqamətləri rus dilinin, Rusiya təhsilinin, elminin və mədəniyyətinin, eləcə də humanitar layihələrin təşviqi olacaq.
O bildirib ki, 2027-ci ildən təhsil, mədəniyyət, elm, gənclər və digər layihələr üçün mikrodəstək qrantları proqramına da başlanacaq.
Çayka həmçinin qeyd edib ki, müxtəlif ölkələrdən yeni “Rus evlərinin” açılması ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Müəllif: Adəm
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









