Region
Antalyada güclü meşə yanğını - Kəndlər sürətlə boşaldılır
Türkiyənin Antalya şəhərində meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 720 nəfərə çatıb, alovla mübarizə isə artıq ikinci sutkadır ki, davam edir.
Publika.az xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” məlumat yayıb.
Təxliyə dörd yaşayış məntəqəsində həyata keçirilib. Aksu rayonunun özündə Qaraöz kəndindən 10 evdən 25 sakin, Yumuk kəndindən 29 evdən 105 nəfər və 18 tövlədən mal-qara, Yeşilqaraman kəndindən isə 40 evdən 151 nəfər çıxarılıb. Bundan əlavə, qonşu Kepez rayonunda Çamlıca kəndindəki 175 evdən 439 sakin təxliyə edilib.
Aksu dairəsinin Qaraöz rayonunda geniş ərazini bürüyən yanğın üç təyyarə, doqquz helikopter və xeyli sayda yerüstü texnikanın tətbiqi ilə söndürülür. Alovun ram edilməsinə 1037 nəfər şəxsi heyət, 165 yanğınsöndürmə maşını və 112 köməkçi texnika vahidi cəlb olunub. Alovla mübarizədə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə xidməti idarələrinin əməkdaşları, eləcə də bu şəhərlərin kommunal xidmətləri və meşə təsərrüfatı idarələri iştirak edirlər.
“Haberturk” agentliyinin məlumatına görə, söndürülmə işlərinə polisin xüsusi vasitələri - alovun kritik sahələrdə yayılmasının qarşısını almağa kömək edən su şırnaqlı maşınlar da cəlb olunub.
Yanğın səbəbindən rayonda mobil əlaqədə fasilələr yaranıb, problemin həlli üçün FHN hadisə yerinə səyyar baza stansiyaları cəlb edilib. Həmçinin 2632 abonentin elektrik enerjisindən məhrum olduğu bildirilir.
Hüseyn İbadlı
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










