Region
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəklədi
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrində ticarət, işgüzar əlaqələri qadağan etməyə yönəlmiş addımları dəstəkləyib.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, XİN-in açıqlamasında İsrailin iki dövlətli həlli aradan qaldırmağa yönəlmiş səylərinin intensivləşdiyi vurğulanıb.
İordan çayının Qərb sahilindəki məskunlaşmanın Fələstinin mövcudluğunu təhdid edən nöqtəyə çatdığı qabardılıb:
"İsrail-Fələstin məsələsinin sülh yolu ilə həllinin təmin edilməsi və regionda ədalətli, davamlı barışığın bərqərar olması üçün İsrailin bu fəaliyyətlərinə qarşı lazımi reaksiyanın verilməsi başlıca şərt halına gəlib. Bu çərçivədə, beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərinin oxşar qərarlar qəbul etməsini gözləyirik.
Türkiyə 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren bir Fələstin Dövlətinin yaranması üçün səy göstərməyə davam edəcək".
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















