Region
Paşinyan Fransaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Fransaya yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Melaniya Harutyunyan bildirib.
"Baş nazir Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək", - deyə o qeyd edib.
Paşinyan Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşüb. Baş nazir təyyarənin salonundan video paylaşaraq Fransa prezidenti Emmanuel Makronla görüşmək planlarını da açıqlayıb.
Paşinyanın komandası ilə yanaşı, onu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan və yüksək texnologiyalar sənayesi və süni intellekt naziri Gevorq Mantaşyan müşayiət edir.
“Sputnik Ermənistan” hökumətə Paşinyanın son xarici səfərləri zamanı hökumət təyyarəsindən niyə istifadə etməməsi ilə bağlı sorğu göndərib. Baş nazir “FlyOne” reysləri ilə bir neçə dəfə belə səfərlər edib. Amma Nazirlər Kabinetindən heç bir cavab alınmayıb.
Paşinyanın Fransaya əvvəlki səfəri bu ilin mart ayında baş tutub.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)






.jpg)




















