Region
Nə qədər ki, Paşinyan var, Rusiya ilə Ermənistanın münasibətləri düzəlməyəcək - Zatulin
Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin bildirib ki, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanla Rusiya arasında münasibətlərdə, o cümlədən ticarət-iqtisadi əlaqələrdə heç bir irəliləyiş gözlənilmir.
Publika.az xəbər verir ki, rusiyalı deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdəki hazırkı gərginliyin əsas səbəbi Ermənistan hakimiyyətinin yürütdüyü siyasətdir. O qeyd edib ki, İrəvan Moskvaya qarşı çıxan qüvvələrlə əməkdaşlıq edir və yeni ittifaqlar qurmağa çalışır.
Zatulinin sözlərinə görə, Paşinyan ölkəyə rəhbərlik etməyə davam etdiyi müddətcə Ermənistanla Rusiya arasında hətta vaxtaşırı təmaslar belə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilməz.
Rusiya Dövlət Dumasının nümayəndəsi həmçinin bildirib ki, Rusiya Ermənistanın mümkün təzyiqinə və ya şantajına boyun əyməyəcək.
Ermənistanın Avropa İttifaqına qoşulma ehtimalına toxunan Zatulin, Paşinyanın belə bir məsələ ilə bağlı referendum keçirməyəcəyini bildirib. O hesab edir ki, Baş nazir referendum keçiriləcəyi təqdirdə müvafiq təşəbbüsün lazımi dəstəyi almayacağından narahatdır.
Müəllif: Tural
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı








.jpg)






.jpg)






















