Region
Ermənistan ordusunda NATO qaydaları: Hərbçilərə yeni göstəriş verildi
Ermənistan ordusunda hərbçilərin salamlaşma qaydasının NATO standartlarına uyğunlaşdırılması ilə bağlı yeni göstəriş verilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” onlayn nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bundan sonra Ermənistan hərbçiləri baş geyimi olmadan, əllərini başlarına yaxınlaşdırmaqla hərbi salam verməlidirlər. Bu qaydanın NATO ölkələrinin ordularında tətbiq edilən standartlara uyğun olduğu bildirilir.
Nəşr qeyd edir ki, hazırda Ermənistan Silahlı Qüvvələrində NATO standartlarına uyğunlaşma daha çox böyük əhəmiyyət daşımayan xırda detallarda özünü göstərir.
“Məsələn, hərbçilərə bundan sonra NATO ordularında olduğu kimi baş geyimi olmadan salam vermək tapşırılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yaxın vaxtlarda Ermənistan hökuməti Müdafiə Nazirliyinin Polşada hərbi attaşe təyin olunması ilə bağlı təklif layihəsini də təsdiqləyib. Layihə hökumətin iclasında açıq müzakirəyə çıxarılmayan sənədlər paketinə daxil edilib və hökumətin saytında yayımlanıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun baş katibinin xüsusi nümayəndəsi Kevin Hamiltonla İrəvanın alyansla tərəfdaşlığı məsələlərini müzakirə edib. Paşinyan regionda “sabitliyin” təmin olunması baxımından NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı








.jpg)






.jpg)






















