Region
Türkiyə o silahı sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində məhv oldu - Video
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN tərəfindən hazırlanan lazer tuşlama dəstləri növbəti sınaqlarda yüksək dəqiqlik nümayiş etdirib. Sistemlər müxtəlif zirehli və hərəkətli hədəfləri uğurla vurub.
Publika.az xəbər verir ki, Konya şəhərinin Karapınar Atış Sınaq Poliqonunda 15-dən çox ölkədən hərbi rəsmilərin iştirakı ilə “Tuşlama Sistemləri üzrə Beynəlxalq Demo” keçirilib.
Tədbirdə ASELSAN-ın LGK-82 və LGK-84 lazer tuşlama dəstləri, həmçinin TÜBİTAK SAGE ilə əməkdaşlıq çərçivəsində hazırlanan GÖZDE tuşlama dəsti sınaqdan keçirilib.
Sınaqlar zamanı F-16 qırıcı təyyarəsindən iki LGK-84 dəsti ilə atəş açılıb. İlk atəşdə zirehli transportyor, ikinci atəşdə isə tank hədəf seçilib. Hər iki hədəf birbaşa zərbə ilə məhv edilib.
Daha sonra “Akıncı” pilotsuz uçuş aparatından LGK-82 ilə zirehli transportyora atəş açılıb və hədəf tam dəqiqliklə vurulub. GÖZDE tuşlama dəsti ilə keçirilən sınaqda isə saatda 50 kilometr sürətlə hərəkət edən hədəf uğurla məhv edilib. Beləliklə, nümayiş çərçivəsində həyata keçirilən dörd atışın dördü də hədəfə dəqiq zərbə ilə nəticələnib.
ASELSAN-ın məlumatına görə, LGK sistemləri adi aviasiya bombalarını lazerlə idarə olunan yüksək dəqiqlikli sursata çevirir. LGK-84, xüsusilə 2 000 funtluq MK-84 bombaları üçün nəzərdə tutulub və həm sabit, həm də hərəkətli hədəflərə qarşı istifadə imkanına malikdir. Sistem lazerlə hədəfdən əks olunan enerjini aşkarlayaraq bombanı təyin edilmiş nöqtəyə yönəldir.
GÖZDE isə MK-82 tipli ümumi təyinatlı bombaları yüksək dəqiqlikli silah sisteminə çevirən yeni nəsil tuşlama dəstidir. TÜBİTAK SAGE-nin məlumatına görə, sistem lazer, GPS və inertial naviqasiya imkanlarını birləşdirir və yüksək sürətlə hərəkət edən hədəfləri vurmaq üçün nəzərdə tutulub.
ASELSAN-ın 2025-ci il üzrə hesabatında da GÖZDE sisteminin yüksək sürətli hərəkətli hədəfə qarşı sınaqda uğur qazandığı, LGK-82-nin isə “Akıncı” platformasına inteqrasiya edilərək hədəfi ilk atışdan vurduğu qeyd olunur. (Musavat.com)
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar

























.png)










