Region
Türkiyədə sorğu: İsrail düşməndir, Azərbaycan...
"Türkiyənin dostu və düşməni kimdir?" adlı sorğuda İsrail, ABŞ və Yunanıstan düşmən kimi qəbul edilən ölkələrin siyahısına başçılıq edib. Azərbaycan, Yaponiya və Çin isə dost kimi qəbul edilən ölkələr arasında yer alıb.
Publika.az xəbər verir ki, sorğunun nəticələri “Asal” araşdırma tədqiqat şirkəti tərəfindən dərc edilib.
“Asal” sorğunu 13-21 fevral tarixləri arasında 26 şəhərdə 2015 nəfər arasında keçirib.
Respondentlərin 83 faizi İsraili düşmən hesab etdiklərini bildirib. ABŞ-ı düşmən hesab edənlərin payı 74,6% təşkil edib. Eyni sorğuda İranı düşmən hesab edənlərin payı 51,7% təşkil edib.
Sorğuda iştirak edən ölkələr arasında Azərbaycan dost ölkələr reytinqində 66% ilə birinci yerdə qərarlaşıb. Azərbaycanı Yaponiya (58,4%) və Çin (49,5%) izləyir. Lakin Çini düşmən hesab edənlərin payı 38% təşkil edib.
Sorğunun nəticələri:
İsrail - dost: 7.2% / düşmən: 83% / fikir bildirməyən: 9.8%
Amerika Birləşmiş Ştatları - dost: 18% / düşmən: 74.6% / fikir bildirməyən: 7.4%
Yunanıstan – dost: 25.9% / düşmən: 61.5% / fikir bildirməyən: 12.6%
İran – dost: 26.3% / düşmən: 51.7% / fikir bildirməyən: 22%
Rusiya - dost: 38.5% / düşmən: 46% / fikir bildirməyən: 15.5%
Fransa – dost: 39.6% / düşmən: 48.4% / fikir bildirməyən: 12%
Almaniya – dost: 46% / düşmən: 42.3% / fikir bildirməyən: 11.7%
İtaliya – dost: 47.2% / düşmən: 40.5% / fikir bildirməyən: 12.3%
Çin - dost: 49.5% / düşmən: 38% / fikir bildirməyən: 12.5%
Yaponiya - dost: 58.4% / düşmən: 26.6% / fikir bildirməyən: 15%
Azərbaycan – dost: 66% / düşmən: 20.5% / fikir bildirməyən: 13.5%.
Müəllif: Tural
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR

















.jpg)

.jpg)





















