Region
Rusiya Ermənistanın qazını kəsir: Tələbatı bu ölkə ödəyəcək
Rusiyanın Ermənistana təbii qaz nəqli sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.
Publika.az xəbər verir ki, “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə qaz nəqli Rusiyada aparılacaq planlı profilaktik və təmir işləri ilə əlaqədar dayandırılacaq.
Məlumata görə, bu müddətdə Ermənistanda əhali və müəssisələr üçün qaz təchizatında məhdudiyyət tətbiq edilməyəcək. Ölkənin tələbatı daxili ehtiyatlar hesabına qarşılanacaq, həmçinin təmir müddətində İrandan əlavə təbii qaz tədarükü həyata keçiriləcək.
Qaz nəqlinin dayandırılması yalnız Rusiya qazının sözügedən magistral kəmərlə daşınmasına aiddir. İşlərin sentyabrın 25-dək başa çatdırılması planlaşdırılır.
Müəllif: Adəm
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ


































