Region
Türkiyəni qarışdıran əməliyyatın detalları
Ötən gün Türkiyədə LGBTİ+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı genişmiqyaslı “Ailəm Təhlükəsizlikdədir” (Ailem Güvende) adlı xüsusi əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, ədliyyə naziri Akın Gürleyin bildirdiyinə görə, əməliyyatlar ailənin, uşaqların və cəmiyyətin mənəvi dəyərlərinin qorunması məqsədilə, Prezident Rəcəb Tayyib Ərdoğanın “2026–2035 Ailə və Əhali Onilliyi” konsepsiyası çərçivəsində İstanbul, Ankara və İzmir daxil olmaqla ümumilikdə 15 vilayətdə həyata keçirilib. Əməliyyat zamanı 162 şübhəli, 9 dərnək və 13 müəssisəyə qarşı hüquqi tədbirlər görülərək 60-dan çox şəxs saxlanılıb. Təkcə İzmirdə isə aralarında transgender qadınların da olduğu 16 şəxs məhkəmə qərarı ilə həbs edilib.
Soruşdurma “fahişəliyə təşviq”, “pornoqrafiya”, “cinayətkar dəstə yaratmaq” və “narkotik maddə saxlanılması” maddələri üzrə aparılır və gənclərlə uşaqların cinsi yönüm mövzusunda qanunsuz olaraq yönləndirildiyi iddia olunur.
Bundan əlavə, məhkəmə qərarı ilə ölkənin ən böyük LGBTİ+ təşkilatlarından olan “Kaos GL” dərnəyi də daxil olmaqla, çoxsaylı təşkilatların internet saytları və sosial media hesabları bloklanıb, kompüterlər və digər rəqəmsal daşıyıcılara əl qoyulub. Nazir həmçinin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən aparılan maliyyə yoxlamaları zamanı bəzi dərnəklərə xarici dövlət qurumları və fondlardan külli miqdarda pul köçürüldüyünün müəyyən edildiyini vurğulayıb.
Xatırladaq ki, ötən gün baş tutan genişmiqyaslı əməliyyatlar qısa müddət ərzində sosial şəbəkələrin, xüsusilə də “X” və instaqramın Türkiyə seqmentində əsas müzakirə mövzusuna çevrilərək gündəmi tamamilə zəbt edib. Hazırda əməliyyatla bağlı yaradılan həştəqlər Türkiyə trendlərinin ilk sıralarında yer almağa davam edir. (Qafqazinfo)
-
Ekopublika.az14 Sentyabr 22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...
-
Elm və təhsil14 Sentyabr 21:51Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Magazin214 Sentyabr 21:39“Kurtlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər
-
Kriminal14 Sentyabr 20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə14 Sentyabr 18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal14 Sentyabr 18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial14 Sentyabr 15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika14 Sentyabr 15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı



































