Region
Türkiyədə nəhəng əməliyyat: 1 613 şübhəli saxlanıldı - 940 milyon manatlıq dövriyyə
Türkiyədə cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatlar nəticəsində 1 613 şübhəli şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek “X” sosial şəbəkə hesabında açıqlayıb.
Nazirin məlumatına görə, ölkə üzrə 78 Baş Prokurorluğun koordinasiyası ilə 151 əməliyyat həyata keçirilib. Əməliyyatlar çərçivəsində saxlanılan 1 613 şübhəlidən 618-i barədə həbs qərarı verilib.
Axtarışlar zamanı 199 odlu silah, 9 039 patron və mərmi, 2 əl qumbarası, 10 520 ədəd sintetik narkotik vasitə və narkotik həb, həmçinin 37,25 kiloqrama yaxın narkotik maddə aşkarlanaraq götürülüb.
İstintaq çərçivəsində cinayətkar fəaliyyətlə əlaqəli olduğu bildirilən 26,9 milyard türk lirəsi, yəni təxminən 940,53 milyon manat həcmində maliyyə dövriyyəsi müəyyən edilib.
Bundan başqa, 408 bank hesabı, 35 daşınmaz əmlak, 31 nəqliyyat vasitəsi və 10 şirkət müsadirə olunub.
Akın Gürlek əməliyyatlardan yayınan şübhəlilərin saxlanılması istiqamətində tədbirlərin və digər araşdırmaların davam etdiyini bildirib.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























