Region
Rusiya səfiri Türkiyə ilə bu məsələni müzakirə etdi: Borclu qalmayacağıq
Rusiya Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün mümkün tədbirlərlə bağlı Türkiyə ilə məsləhətləşmələr aparır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Sergey Verşin "Cumhuriyet" qəzetinə verdiyi müsahibədə deyib.
Diplomat bildirib ki, "Qara dənizdə gəmiçiliyin və kommersiya naviqasiyasının qorunmasını təmin etmək üçün mümkün tədbirlər barədə türkiyəli həmkarlarımızla əlaqə saxlamağa davam edirik. Bu tədbirlər mülki gəmilərin hərbi məqsədlər üçün istifadə edilməməsinin yoxlanılması və monitorinqi üçün etibarlı mexanizmlər tələb edir".
Sulardakı hücumlardan danışan Verşinin qeyd edib ki, iyun ayında Qara dəniz də daxil olmaqla, Rusiyaya "düzəlməz iqtisadi ziyan" vurmaq üçün əməliyyat elan edən və gəmiçiliyə hücumları artıran məhz Kiyev olub.
Səfir Rusiyanın borclu qalmayacağını vurğulayaraq, mövcud vəziyyətin sahilyanı dövlətlərə, dəniz gəmiçiliyinə, logistikaya və nəqliyyata mənfi təsir göstərdiyini əlavə etdi.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










