Region
Türkiyə ilk dəfə açıqladı: Ermənistana ixrac nə qədər olub?
Türkiyə İxracatçılar Birliyi 2026-cı ilin yanvar-avqust dövrü üçün Türkiyənin ixrac rəqəmləri ilə bağlı məlumatları dərc edib.
Publika.az xəbər verir ki, məlumatda qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 4% artaraq 177,9 milyard dollardan 185 milyard dollara çatıb.
Türkiyənin səkkiz qonşu ölkəyə - Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya, Yunanıstan və Ermənistana ixracı artıb. Yanvar-avqust ayları ərzində yuxarıda göstərilən ölkələrə ixrac 2,6% artaraq 17 milyard 762 milyon 593 min dollardan 18 milyard 226 milyon 225 min dollara çatıb.
Qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmləri artaraq 463,6 milyon dollara çatıb.
Qonşu ölkələr arasında Türkiyə ən çox İraqa (5 milyard 758 milyon 899 min dollar) ixrac edib. İraqı 3 milyard 439 milyon 40 min dollarlıq ixrac göstəricisi ilə Bolqarıstan izləyir. Bolqarıstanı 2 milyard 293 milyon 38 min dollarlıq ixrac göstəricisi ilə Yunanıstan, 1 milyard 949 milyon 857 min dollarlıq ixrac göstəricisi ilə Gürcüstan, 1 milyard 675 milyon 429 min dollarlıq ixrac göstəricisi ilə Suriya, 1 milyard 566 milyon 709 min dollarlıq ixrac göstəricisi ilə İran və 1 milyard 541 milyon 916 min dollarlıq ixrac göstəricisi ilə Azərbaycan izləyir.
Mənbənin məlumatına görə, Türkiyə Ermənistana ixracla bağlı rəsmi məlumatları ilk dəfə dərc edib. Əvvəllər Türkiyə ilə Ermənistan arasında birbaşa quru ticarətinin olmadığı bildirilirdi. İndi isə rəsmi olaraq Türkiyənin 2026-cı ilin yanvar-avqust ayları ərzində Ermənistana 1 milyon 336 min dollar dəyərində mal ixrac etdiyi bildirilir.
Müəllif: Tural
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?














.jpg)








.jpg)














