Region
Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alındı
Peyk görüntüləri əsasında Hörmüz boğazında 5 böyük neft ləkəsi müəyyən edilib.
Publika.az “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Greenpeace” təşkilatının qiymətləndirməsində bildirilir.
Təşkilatın məlumatına görə, neft çirklənməsi İran sahillərinə, Qeşm adası yaxınlığındakı qorunan ərazilərə qədər yayılıb. Adada geniş manqrov meşələri yerləşir. Neft ləkələrindən ikisi Hörmüz boğazının Oman sahillərində qeydə alındığı bildirilir. Bu ərazi köçəri quşların dayanması üçün mühüm məkan hesab olunur.
“Greenpeace” neft ləkələrinin zədələnmiş neft tankerlərindən qaynaqlana biləcəyini istisna etmir. Bununla belə, təşkilat bu versiyanın yalnız mümkün ehtimal olduğunu vurğulayıb.
Bununla yanaşı, qeyd olunur ki, ərazidəki neft çirklənməsini konkret gəmi hücumları ilə əlaqələndirmək çətindir. Eyni zamanda, gəmilərin identifikasiya sistemlərindən əldə edilən məlumatların məhdud olması da bu məsələdə qəti söz deməyə imkan vermir.
Ekoloqların ilkin qiymətləndirməsinə görə, sentyabrın 11-də neft ləkəsinin görünən ümumi sahəsi təxminən 400 kvadrat kilometr, sentyabrın 12-də isə 600 kvadrat kilometr olub. Ləkənin sahəsinin genişlənməsinin səbəbi hələ müəyyən edilməyib.
-
Region10:32Malxasyan öldü
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
MDB09:39Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı

















.png)
















