Region
Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP müqaviləsi ilə bağlı qərarı bəlli oldu
Ermənistanın Konstitusiya Məhkəməsi TRIPP müqaviləsini Əsas Qanuna uyğun olaraq qərarlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.
Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasına TRIPP müqaviləsində və Trampın "Sülh Şurası"nın nizamnaməsində təsbit olunmuş öhdəliklərin uyğunluğu məsələsinə baxılmasını başa çatdırıb.
Məhkəmə müqavilə və nizamnamə üzrə götürülmüş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğun olduğuna qərar verdi. Buna görə də sənədlər təsdiq üçün Milli Məclisə göndəriləcək.
Konstitusiya Məhkəməsi avqustun 5-də TRIPP layihəsi üzrə çərçivə sazişinin konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı işi qəbul etmişdi.
Çərçivə sazişi Ermənistan və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri tərəfindən imzalanıb: ABŞ dövlət katibi Marko Rubio sənədi iyunun 1-də Vaşinqtonda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə iyunun 4-də İrəvanda imzalayıb.
Daha əvvəl Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Tramp Marşrutunun (Zəngəzur dəhlizi) tikintisinə 2027-ci ilin əvvəlində başlana biləcəyini bildirmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























