Region
Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
"Qərbi Azərbaycan" haqqında ritorika ciddi bir çağırışdır, Ermənistanın təhlükəsizliyinə, eləcə də regional təhlükəsizliyə və bərqərar olmuş sülhə təhdiddir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 17-də "Hərtərəfli Təhlükəsizlik və Dözümlülük 2026" beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda ictimai və özəl ritorika ilə bağlı çətinliklərlə üzləşir və bu, ciddi təhlükəsizlik problemləri yaradır. Baş nazir qeyd edib ki, bu çətinlik özünü müxtəlif yollarla göstərir.
“Əsas problem onların həllini necə təqdim etməyimizdir. Ermənistanda qarşılıqlılıq prinsipi ilə bağlı çoxlu müzakirələr aparılır, lakin bu, heç vaxt nəticə verməyəcək. Sülh sazişi danışıqlarının uğurlu nəticəsi mexaniki qarşılıqlılıq prinsipindən imtina etmək qərarına gəldiyimiz zaman baş verdi. Sülh sazişinin mətninin “stolüstü tennis” yanaşması ilə təkmilləşdirilməsi potensialının olmadığı bir vəziyyətlə qarşılaşdıq. Buna görə də fərqli bir yanaşma tətbiq etdik”, - deyə Nikol Paşinyan qeyd edib.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























