Region
Paşinyan Rusiyaya meydan oxudu: Bizə hərbi baza lazım deyil, istəyirsinizsə, sabah çıxın
Bizi KTMT-dən çıxarmaqla qorxutmağa ehtiyac yoxdur: əgər bizi çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 17 sentyabrda keçirilən brifinqdə "Armenian News" müxbirinin sualını cavablandırarkən bildirib.
“Bizim fikrimiz belədir: əgər bizi kənarlaşdırmaq istəyirlərsə, qoy etsinlər. Əgər bizi kənarlaşdırmaq istəmirlərsə, kənarlaşdırmasınlar. Biz heç vaxt Ermənistanda fəaliyyət göstərən Rusiya hərbi bazası məsələsini müzakirəyə çıxarmamışıq.
İndi Rusiya bunu müzakirəyə çıxarıb və biz mövqeyimizi bu müzakirə ətrafında qururuq. Deyirəm ki, 102-ci Hərbi Baza və 2022-ci ilin sentyabr hadisələri göstərdi ki, bu, Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etmir.
İndi isə bu məsələni müzakirəyə çıxarıblar - çox yaxşıdır. Heç bir rəsmimizin Rusiya rəsmisi ilə belə bir sual qaldırması və ya belə bir mövzu qaldırması halı olmayıb. Biz də bu barədə açıq danışmamışıq. İndi çıxmaq qərarına gəlsələr, etiraz etməyəcəyik.
Açıq deyirəm: 102-ci Hərbi Bazanın mövcudluğu Ermənistanın təhlükəsizliyi üçün heç bir şey etmir. Biz bunu 2022-ci ilin sentyabr hadisələri zamanı gördük. Bizə hərbi baza lazım deyil. Rusiya dost ölkədir, əgər çıxmaq istəyirlərsə, qoy sabah çxısınlar. Əgər onlar qalmaq istəyirlərsə, biz Ermənistan Respublikasında bizə lazım olmayan bazanın mövcudluğu şərtlərini müzakirə etməyə hazırıq”, - deyə Paşinyan qeyd edib.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























