Region
İrəvan Qərbə gedir, Moskva hesabı xatırladır: Bunun bədəli olacaq!
Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesini maliyyələşdirmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. O qeyd edib ki, Ermənistanın bu istiqamətdə atacağı hər addımın iqtisadi nəticələri olacaq.
Şoyqunun sözlərinə görə, rəsmi İrəvan son dövrlərdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibətdə “istehlakçı yanaşması” nümayiş etdirir, eyni zamanda NATO ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışır.
O, həmçinin Ermənistanda Rusiya biznesinə təzyiqlərin artdığını və ayrı-ayrı sahə və müəssisələrlə bağlı baş verənləri “reydər ələ keçirməsi” kimi qiymətləndirib.
Şoyqu bildirib ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji böhranından çıxarıb. Onun sözlərinə görə, Ermənistanın Aİİ-də üzvlüyünün ilk 10 ili ərzində ölkə iqtisadiyyatı təxminən üç dəfə böyüyüb.
“Hazırkı hakimiyyət isə Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək kursunu götürüb”, - deyə Şoyqu vurğulayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























