Region
İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
Ermənistan-Rusiya münasibətlərində çoxsaylı problemlər və həll olunmamış məsələlər toplanıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, Moskva ilə İrəvan arasındakı əlaqələri çoxşaxəli adlandırıb. Paşinyanın sözlərinə görə, münasibətlərdə mövcud çətinlik və fikir ayrılıqları ilə yanaşı, əməkdaşlığın davam etdirilməsi üçün imkanlar da var.
Ermənistan hökumətinin başçısı bildirib ki, hazırda Rusiya ilə Ermənistan münasibətlərin bir növ “inventarlaşdırılmasını” aparır. Söhbət iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin yenidən nəzərdən keçirilməsi və qiymətləndirilməsindən gedir.
Paşinyanın sözlərinə görə, məsələlərin bir qismi artıq Rusiya və Ermənistan nümayəndələri arasında müzakirə olunur, digər istiqamətlər üzrə isə məsləhətləşmələrə yeni başlanılıb. O, konkret hansı problemlərin müzakirə edildiyini və tərəflərin hansı razılaşmalara nail olmağı planlaşdırdığını açıqlamayıb.
Baş nazir münasibətlərin kəsilməsindən danışmayıb və mövcud fikir ayrılıqları ilə yanaşı, əməkdaşlıq imkanlarının da olduğunu vurğulayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























