Region
Tehran Hörmüz boğazının açılması üçün şərtləri açıqladı
Hörmüz boğazı ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu hakimiyyətdə qaldığı müddətcə gəmiçilik üçün açılmayacaq.
Publika.az xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Məhəmməd Baqir Zölqədr bəyan edib.
“Döyüşçülərimiz cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyət taxtından devrilənə qədər Hörmüz boğazını açmayacaqlar”, – deyə o bildirib.
İranın ali rəhbərinin müşaviri əlavə edib kilə, boğazın bağlanması “İran xalqının qisasının yalnız ilk mərhələsidir”.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında tərəflər münaqişəyə son qoymaq və Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etmək üçün əsas yaratmalı olan aralıq saziş imzaladılar, lakin sonradan razılaşmalar pozuldu.
Avqustun 20-də ABŞ hakimiyyəti İrana qarşı yeni iqtisadi təzyiq kampaniyası elan edib. Vaşinqton Tehranın maksimum dərəcədə təcrid olunmasına nail olmağa çalışacaq və ona ticarət və maliyyə əlaqələrini qoruyub saxlamağa kömək edən xarici strukturları cəzalandırmaq niyyətindədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























