Region
İranın ən ağrılı nöqtələri - Tehran Vaşinqtona hansı şərtləri ötürüb?
Gərgin vəziyyət fonunda İran diplomatik addım atıb: Qətərin vasitəçiliyi ilə Tehran hərbi qarşıdurmanın dayandırılması şərtlərini Vaşinqtona ötürüb.
Publika.az xəbər veerir ki, bu barədə İran Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.
Onun sözlərinə görə, indi İran tərəfi Prezident Donald Trampın reaksiya verməsini gözləyir.
İran tərəfinin əsas tələbləri ölkənin maliyyə aktivlərinin dondurulmasının aradan qaldırılması və dəniz blokadasına son qoyulması olub. Bu bəndlər Tehranın ən kəskin iqtisadi və siyasi ağrılı nöqtələrini əks etdirir.
Təhlükəsizlik Şurasının katibi nüvə dosyesi ilə bağlı bir sıra mühüm bəyanatlar verib: İran nüvə silahının yaradılmasını qadağan edən Əli Xameneinin fətvasına sadiq qalır və hazırda Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxmağı planlaşdırmır. Bu cür yanaşma Tehranın nüvə sfera sahəsində gərginliyə çalışmadığını, əksinə, xarici təzyiqin aradan qaldırılmasına diqqət yönəltdiyini vurğulamaq məqsədi daşıyır.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























