İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
Bizi izləyin

Region

İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”

İran yeddi şərt irəli sürdü -  “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”

İran ABŞ-a iki ölkə arasında istənilən danışıqların başlanması üçün yeddi şərt təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.

O qeyd edib ki, Tehranın mesajı “aydın və birmənalıdır: əgər Vaşinqton özünün yaratdığı çətin vəziyyətdən çıxmaq və orada qalmamaq istəyirsə, İranın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur”.

Sentyabrın 19-da Rezai bildirib ki, İran hakimiyyəti Qətərdən olan vasitəçilər vasitəsilə Birləşmiş Ştatlarla münaqişəyə son qoyulması üçün öz şərtlərini çatdırıb və ABŞ Prezidenti Donald Trampdan reaksiya gözləyir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazından gəmiçiliyin bərpası üçün əsas yaratmalı olan aralıq saziş imzalayıblar, lakin sonradan razılaşmalar pozulub.

Avqustun sonunda Birləşmiş Ştatlar İrana qarşı “İqtisadi qandal” adı verilən əməliyyata başlayıb. Onun məqsədi İslam Respublikasının maliyyə təcrid olunmasıdır. Vaşinqton Tehranın gəlir mənbələrini bağlamaq niyyətindədir və İranla əməkdaşlığı, o cümlədən İran neftini almağı və daşımağı davam etdirən üçüncü ölkələrin təşkilatlarını təkrar sanksiyalarla hədələyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm