Region
“Kreativ ideyalar” müzakirəyə çıxarıldı - ABŞ Türkiyə üçün “yaşıl işıq” yandıra bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara və Vaşinqton Rusiyanın “S-400” zenit-raket komplekslərinin əldə edilməsi səbəbindən ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına imkan verə biləcək “kreativ ideyalar” üzərində işləyirlər.
Publika.az xəbər verir ki, o, NTV telekanalına müsahibəsində müzakirə olunan təkliflərin məzmununu açıqlamayıb, lakin bu məsələdə müsbət addımların atılacağına ümid etdiyini bildirib.
Eyni zamanda, Fidan NTV-yə verdiyi müsahibədə hazırda Ankara ilə Vaşinqton arasında müzakirə olunan "kreativ ideyaların" Rusiya komplekslərinin mümkün təkrar satışı ilə əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.
ABŞ 2020-ci ildə Ankaranın Rusiyadan “S-400”ləri əldə etməsindən sonra CAATSA qanunu çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Vaşinqton Türkiyəni “F-35” qırıcılarının istehsalı proqramından kənarlaşdırıb.
Rusiya sistemlərinin alınması NATO müttəfiqləri arasında ən ciddi fikir ayrılıqlarından birinə çevrilib. ABŞ bəyan etmişdi ki, “S-400”-lərin istismarı Türkiyənin “F-35” proqramında iştirakı ilə uyğun gəlmir və alyansın təhlükəsizliyi üçün risklər yaradır.
İyul ayında Türkiyə KİV-i yazıb ki, problemin həllinin mümkün variantlarından biri Türkiyə tərəfindən “S-400”-lərin Fars körfəzi ölkələrindən birinə yenidən satılması ola bilər. Güman edilirdi ki, belə bir addım Ankara üçün Amerika “F-35”lərinin əldə edilməsinə yol aça bilər.
Həmin vaxt Rusiya bu məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxladığını bəyan etmişdi.
Hüseyn İbadlı
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi



































