Region
İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib etdi
İran ABŞ-nin Hörmüz boğazından 1 milyard barel neft çıxarması iddialarını yalan adlandırıb.
Publika.az-ın xəbərinə görə, İran Silahlı Qüvvələrinin sözçüsü general Əbülfəzl Şəkərçi bildirib ki, ABŞ hərbi komandanlığının son iki ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşıyan tankerlərin keçməsi barədə açıqlamaları həqiqətə uyğun deyil.
Mehr xəbər agentliyi generaldan sitat gətirib: "Bu ifadələr reallıq deyil, əksinə, regiondakı terrorçu Amerika ordusunun yorğun qüvvələrinin əhval-ruhiyyəsini qaldırmaq və Amerikanın böyük maliyyə və insan itkilərini haqlı çıxarmaq üçün uğursuz bir psixoloji əməliyyatdır".
Şəkərçi İran ordusunun hələ də Hörmüz boğazındakı vəziyyətə nəzarət etdiyini deyib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper bildirib ki, ABŞ ordusu son iki ay ərzində Hörmüz boğazından 1 milyard bareldən çox neftin daşınmasını təmin edib.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























