Region
Ermənistanda Azərbaycanla bağlı etiraf: 35 ildir dövlət sərhədimiz yoxdur
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, “Yerkrapa” Könüllülər İttifaqının sədri Sasun Mikaelyan ölkəsinin 35 illik müstəqilliyi ərzində dövlət sərhədlərinin tam müəyyənləşdirilmədiyini bildirib.
Publika.az xəbər verir ki, Mikaelyan jurnalistlərə açıqlamasında Azərbaycanla sərhədi nəzərdə tutaraq Ermənistanın hələ də dövlət sərhədləri məsələsini tam həll etmədiyini deyib.
“Allah qoysa, nəhayət dövlət sərhədlərimiz yaranar və biz tam müstəqil olarıq. Bizim nəsil vaxtilə müstəqillik naminə öz işini parlaq şəkildə gördü. Lakin siyasətçilər işi son qələbəyə qədər çatdırmalı idilər”, - deyə o bildirib.
Mikaelyan Ermənistanın əldə etdiyi qələbələrin bu gün dəyərsizləşdirilməsinə cəhd göstərilib-göstərilmədiyi barədə suala “Baxır hansı nöqteyi-nəzərdən yanaşırsan” cavabını verib.
O, Ermənistanın 2020-ci ildən delimitasiya prosesinin yekunlaşdırılması istiqamətində çalışdığını deyib: “Əgər sən güclüsənsə, vəziyyətə uyğun danışa bilərsən. Məsələn, dövlət sərhədləri, beynəlxalq səviyyədə tanınmış sərhədləri olmadan müstəqil olan bir dövlət tanıyırsınız?”
Lakin daha sonra hakim fraksiyanın digər deputatı Andranik Koçaryan jurnalistlərlə söhbətində Mikaelyanın belə fikir səsləndirdiyini təkzib edib. O, “dostu Sasun Mikaelyanın” başqa məqamı nəzərdə tutduğunu bildirib.
Koçaryanın sözlərinə görə, dövlət sərhədinin olmaması da müharibə səbəbinə çevrilə bilər. O, qonşu ölkələrlə sərhədlərin müəyyənləşdirilməsi üzrə hüquqi prosesin mümkün qədər tez başa çatmasının bütün qonşularla münasibətləri daha sakit və beynəlxalq hüquqa əsaslanan müstəviyə gətirəcəyini deyib.
Qeyd edək ki, Ermənistan sentyabrın 21-də müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. 1991-ci il sentyabrın 21-də ölkədə keçirilən referendumda iştirak edənlərin təxminən 99 faizi müstəqil dövlət qurulmasının lehinə səs verib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























