Region
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisə niyə bağlandı? - İran XİN-dən bəyanat
İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in Tehrandakı səfirliyə bağlı təhsil müəssisəsi ilə bağlı səsləndirdiyi iddiaları əsassız və həqiqətə uyğun olmayan hesab edərək qətiyyətlə rədd edib.
Publika.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Tehranda Fransa səfirliyinə bağlı müəssisənin fəaliyyətinin dayandırılması məhkəmə qərarı əsasında həyata keçirilib. Bildirilib ki, Fransa səfirliyi İranın səlahiyyətli orqanlarının mərkəzin qanuni qeydiyyatdan keçirilməsi və fəaliyyət üçün lisenziya alınması ilə bağlı son bir neçə ildə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb.
İran XİN vurğulayıb ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, səfirliklər mədəni və təhsil fəaliyyəti göstərən müəssisələrin yaradılması və fəaliyyəti üçün qəbul edən ölkənin qanunvericiliyinə uyğun müvafiq lisenziyaları almalıdır.
“Fransa səfirliyinin Tehranda Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına məhəl qoymamaqda israr etməsi və İran qanunlarından istisna edilməsini gözləməsi qəbuledilməzdir”, – bəyanatda bildirilib.
Qeyd edək ki, Fransa XİN bu qərarı “qəbuledilməz” adlandıraraq, bunu ölkənin İrandakı mədəni varlığına hücum kimi qiymətləndirib.
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan





































