Region
SEPAH rəsmən elan etdi: ABŞ-la uzunmüddətli müharibəyə hazırlaşırıq
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə uzunmüddətli müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mühəbbi “Mehr” xəbər agentliyinə bildirib.
"Müharibə davam edir və İslam İnqilabı Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazırlaşır", - deyə o bildirib.
Mühəbbi mövcud vəziyyəti ABŞ üçün "tarixi və utancverici bir məğlubiyyət" adlandıraraq, Vaşinqtonun bir sıra cəbhələrdə strateji uğursuzluqlarla üzləşdiyini iddia edib.
O, bunların arasında Hörmüz boğazının yenidən açıla bilməməsi, bölgədəki hərbi bazaların və kəşfiyyat obyektlərinin zəifliyi və Amerika hərbi texnikasının İranın imkanlarına qarşı səmərəsizliyini göstərib.
O, həmçinin ABŞ-ın bölgədəki təsirinin itirildiyini qeyd edərək bildirib ki, "Amerika müharibəni uduzmayıb - Amerika sistemini itirib".
Mühəbbinin sözlərinə görə, İran, əksinə, hazırda bölgədə yeni bir təhlükəsizlik sisteminin formalaşmasında iştirak edir.
İran ordusunun komandanı general-mayor Əmir Hatəmi daha əvvəl ölkə silahlı qüvvələrinin ABŞ və ya İsrailin istənilən yeni hücumunu dəf etməyə tam hazır olduğunu bildirmişdi.
Bu açıqlamalar, təxminən yeddi aydır davam edən müharibənin dalana dirəndiyi bir vaxtda ABŞ-ın İrana qarşı yeni hərbi hücumlar başlada biləcəyi ilə bağlı Yaxın Şərqdə artan narahatlıqlar fonunda səslənir.
ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, İranla bağlı qərar qəbul etmək prosesindədir və ölkənin "tamamilə məhv edilməsindən" iqtisadi təzyiq tətbiq etmək və ya sülh razılaşmasına qədər müxtəlif variantları nəzərdən keçirir.
Müəllif: Tural
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı






.jpg)


















.jpg)












